Putin Rusiyaya dost olmayan ölkələrin siyahısının hazırlanması barədə tapşırıq verib

23 Aprel 2021 - 23:25

Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərin dost olmayan hərəkətlərinə qarşı tədbirlərin görülməsi barədə fərman imzalayıb.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, fərmanla müəyyən edilmiş tədbirlərin tətbiq ediləcəyi dost olmayan ölkələrin siyahısının müəyyən edilməsi barədə Rusiya hökumətinə tapşırıq verilib.

“Rusiya Federasiyasına, Rusiya Federasiyası vətəndaşlarına və ya Rusiyanın hüquqi şəxslərinə qarşı dost olmayan hərəkətlər edən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin, dövlət orqanlarının nümayəndəliklərinin Rusiya Federasiyası ərazisində yerləşən fiziki şəxslərlə əmək münasibətlərinin meydana çıxdığı mülki hüquqi müqavilələrin təmin edilməsi məhdudlaşdırılsın”, – deyə Kremlin yaydığı sənəddə qeyd olunub.