Putin Şoyqu ilə İvanovun saxlanılmasını müzakirə edib?- Kremldən AÇIQLAMA

“Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə müntəzəm əlaqə saxlayır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin müdafiə naziri ilə Timur İvanovun həbsini müzakirə edib-etmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.

Peskov əlavə edib ki, konkret təfərrüatlar verə bilməz.

Külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edilən Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində 2 aylıq həbs qərarı verilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.