Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunun müdafiə naziri vəzifəsindən nə üçün azad etdiyini ilk dəfə şərh edib.
Vladimir Putin vurğulayıb ki, Müdafiə Nazirliyinin yeni rəhbərinin təyin edilməsi digər məsələlərlə yanaşı, Rusiyanın hərbi xərclərinin səviyyəsinin artması ilə bağlıdır.
“Bu, hərbi xərclərin artması ilə əlaqədardır. 80-ci illərin ortalarında xərclər 13% idisə, bu il müdafiə və təhlükəsizliklə bağlı ümumi xərclərimiz 8,7% təşkil edir. Bu, 13 deyil, amma artıq sanballı rəqəmdir”, – deyən prezident qeyd edib. Putin bildirib ki, bu cür göstəricilər böyük resursdur və səmərəli və diqqətlə idarə olunmalıdır.
Azpost.info