“Putin Stalin qədər hakimiyyətdə olacaq”- Britaniya müdafiə naziri

“Putin beşinci müddətinin sonunda İosif Stalin qədər hakimiyyətdə olacaq”.

Azpost.info xəbər verir ki, bunu Britaniya müdafiə naziri Qrant Şapps “The Telegraph” qəzetindəki köşə yazısında qeyd edib.

Onun sözlərinə görə, Putin öz2nü müasir Stalin kimi aparır.

Britaniyanın Rusiyadakı keçmiş səfiri Endryu Vud bu qiymətləndirmə ilə razılaşmayıb.

“Stalin rejimi bədxah və qaniçən, lakin mütəşəkkil idi. Bu gün Rusiyanın idarə olunma tərzini rejim adlandırmaq olmaz. O mənada ki, heç bir şəkildə təşkil olunmayıb. Sadəcə siz Putinin dediyini yerinə yetirməlisiniz… Kobud desək, Putin öz ölkəsinə xəyanət edib. O, əsasən zorakılıq və qana söykənən bir şey yaradıb, – dipolimat deyib.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Sonrakı məqalə

Sabah qısaldılmış iş günü olacaq