Putin Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

06 Noyabr 2020 - 15:45

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclası keçirilib.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, iclasda ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət ətraflı müzakirə olunub.

Bundan başqa, Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət və münaqişəsinin nizamlanması yolları müzakirə edilib.