Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.

Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin müşavirədə Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi və qonşu ölkələrlə əməkdaşlığın cari məsələlərini müzakirə etməyi təklif edib.

“Bu gün biz ölkə üçün müxtəlif sahələrdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı aktual məsələləri nəzərdən keçirəcəyik, həmçinin bizim üçün çox əhəmiyyətli olan müəyyən sahələrdə qonşularla qarşılıqlı fəaliyyətimizdən danışacağıq”, – deyə Rusiya Prezidenti qeyd edib.

Daha sonra Rusiya xarici işlər naziri Sergey Lavrov məruzə ilə çıxış edib.

Əvvəlki məqalə

Vətəndaşların Qarabağda ermənilərlə birgəyaşayışa münasibəti öyrənilib –

Sonrakı məqalə

Azərbaycan nümayəndə heyəti Xocalıda sülhməramlılarla görüşdü –