Putin terror aktından sonra “Krokus”a niyə getmədi?- Kremldən AÇIQLAMA

Kremlin sözçüsü Dmitri Peskov Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş verən terror aktından sonra prezident Vladimir Putinin hadisə yerinə getməsinin məqsədəuyğun olmadığını bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, dövlət başçısının hadisə yerində olması operativ qərargahın işinə mane olacaqdı.

“İlk günlərdə vəziyyətlə tanışlıq səfərləri etmək qeyri-mümkündür, çünki bu, sadəcə olaraq yerində təşkil olunmuş qərargahın işinə mane olacaq”, – Peskov bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.