Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşəcəyi ilə bağlı məlumatı təsdiqləməyib.
Azpost.info xəbər verir ki, Peskovun sözlərinə görə, Putinin Türkiyəyə səfəri planlaşdırılmır.
“Xeyr, belə bir səfər planlaşdırılmır”, – Peskov jurnalistlərin sualına cavab olaraq deyib.
Qeyd edək ki, Türkiyə mətbuatı Putinin Türkiyəyə gələcəyini, Ankarada buna hazırlıqların getdiyini, lakin səfərin gizli saxlanıldığını yazıb.
Azpost.info