Putin Türkiyədəki yanğınlara görə Ərdoğana zəng etdi

Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkə liderləri Türkiyənin cənub rayonlarında baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyət müzakirə ediblər. Rusiya və Türkiyənin bu təbii fəlakətlə mübarizədə əməkdaşlığının vacibliyi qeyd olunub.

V. Putin Rusiyanın Türkiyəyə meşə yanğınlatının söndürülməsində hərtərəfli köməyi davam etdirəcəyini təsdiqləyib. Ərdoğan hərtəfli dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Putin və Ərdoğan telefon danışığı zamanı Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığının aktual mövzularına da ətraflı toxunublar. Bu yaxınlarda baş tutan ikitərəfli hökumətlərarası komissiyanın iclasının yekunlarına müsbət qiymət verilib.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir” –

Sonrakı məqalə

Son altı ayda ölkədə 17 milyon ton neft çıxarılıb