Putin Türkiyəyə gələcək, Ərdoğanla görüşəcək- Səfər gizli saxlanılır

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin “dikGazete” nəşri yazıb.

Məlumata görə, Ankara səfərə hazırlaşsa da, Putinin gəlişi gizli saxlanılır.

Nəşrin yazdığına görə, Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geniş spektrli məsələləri müzakirə edəcək və zəlzələ zonasına səfər edəcəklər.

Türkiyə prezident administrasiyasındakı mənbə Rusiya mediasına Putinin gözlənilən səfəri ilə bağlı məlumatsız  olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

İrandan Azərbaycana 41 kq narkotik keçirmək istəyən şəxslər tutulub

Sonrakı məqalə

BSU sabiq şöbə müdirinə qarşı 218 min manatlıq mülki iddia qaldırıb