Putin Ukrayna prezidentini Moskvaya dəvət edib

22 Aprel 2021 - 20:43

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskini Moskvaya səfərə dəvət edib.

Rusiya Prezidenti Moskvada səfərdə olan Belarus rəhbəri Aleksandr Lukaşenko ilə görüşü zamanı jurnalistlərin suallarına cavab verərək, Ukrayna Prezidenti Vladimir Zelenski üçün uyğun olan vaxtda onunla Rusiya paytaxtında ikitərəfli münasibətləri müzakirə etməyə hazır olduğunu bildirib. V.Putin vurğulayıb ki, Ukrayna dövlətinin başçısı ikitərəfli münasibətləri yaxşılaşdırmaq istəyirsə, rəsmi Moskva bunu ancaq alqışlaya bilər.