Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşünün tarixi məlum olub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya və Belarus dövlət başçılarının görüşü fevralın 22-də Soçidə keçiriləcək.
Qeyd edək ki, ötən gün A. Lukaşenko Rusiyaya səfər edəcəyini açıqlayıb.