Putin və Ərdoğan Astanada nələri müzakirə edəcək?- Peskov açıqladı

“Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı vəziyyəti, eləcə də iki ölkə arasındakı ikitərəfli münasibətləri müzakirə edəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov görüşün oktyabrın 13-də Astanada baş tutacağını təsdiqləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Rusiya və Türkiyə prezidentləri Astanada keçiriləcək görüşdə Ankaranın Ukrayna üzrə danışıqlarda mümkün vasitəçiliyini müzakirə edəcəklər.

Azpost.info

Əvvəlki məqalə

Ruhəngiz Qasımova ilə vida mərasimi sabah Təzəpirdə keçiriləcək

Sonrakı məqalə

“İqtisadiyyata artıq “bomba” düşüb, şirkətlər bankrot olacaq, işsizlik artacaq” –