Putin və Ərdoğanın görüşünə hazırlıq gedir –Ərdoğan Ukrayna ilə bağlı hansı təklifi edəcək?

“Ərdoğan Putinlə görüşdə Ukrayna üzrə danışıqların bərpasını təklif edə bilər”.

Azpost.info bildirir ki, bu barədə “RİA Novosti” mənbələrə əsasən xəbər verir.

Xəbərdə deyilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Türkiyə lideri Ukrayna üzrə danışıqların bərpasını təklif edə bilər.

Ərdoğan administrasiyasının fikrincə, belə addım daha tez atəşkəs əldə etməyə imkan verəcək. Bundan əlavə, tərəflər ikitərəfli münasibətləri və taxıl müqaviləsini müzakirə edə bilərlər.

“Cənab prezident münaqişənin həllində öz vasitəçiliyini təklif edəcək”, – mənbə bildirib.

Məlumat verən şəxs Türkiyə prezidentini təkcə Vladimir Putinin deyil, həm də Ukrayna prezidenti Vladimir Zelenskinin etimadını qazanan “yeganə dünya lideri” adlandırıb.

Ərdoğan hamı ilə neytral əlaqə saxlamağa çalışır.

Putin və Ərdoğan görüşün yerini və vaxtını tezliklə müəyyən edəcək. Ankara hazırda prioritet olaraq qalır.

Azpost.info

Əvvəlki məqalə

Səudiyyə klubu Məhəmməd Salaha 180 milyon avro təklif edib

Sonrakı məqalə

Alimlər göldə yaşayan əcaib məxluqun axtarışına başlayıb