Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edəcək –Kremldən açıqlama

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağdakı problemlərin həlli ilə bağlı addımları və inteqrasiya proseslərini müzakirə edəcək.

Bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.

“Aprelin 7-də Moskvada Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında danışıqlar aparılacaq. Danışıqlar zamanı Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasının gedişatına, eləcə də Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regiondakı mövcud problemlərin həllinə dair gələcək addımlara baxılması planlaşdırılır”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Peyvəndlə bağlı saxta sənəd barədə məlumatlar yayılır” –

Sonrakı məqalə

Azərbaycan 1099 yeni yoluxma faktı qeydə alınıb –