Putin və Bayden telefonda 50 dəqiqə nələri müzakirə edib? –DETALLAR

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında telefon danışığı başa çatıb.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Ağ Evin mətbuat xidməti daha əvvəl söhbətin 50 dəqiqə davam etdiyini bildirib. Cümə axşamı Vaşinqton vaxtı ilə saat 15.35-də (Bakı vaxtı ilə 00.35) başlayıb və cümə axşamı 16.25-də (Bakı vaxtı ilə 01.25) başa çatıb.

Peskov daha əvvəl bildirib ki, iki ölkə başçıları arasında telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub. Təmasların məqsədi iki liderin videobağlantı vasitəsilə son danışıqları zamanı müəyyən edilmiş məsələləri müzakirə etmək olub.

Liderlər bir sıra mövzuları, o cümlədən yanvarın 10-da gözlənilən ABŞ-Rusiya danışıqlarını, həmçinin NATO-Rusiya Şurasının iclasını və ATƏT-in ərazisində keçiriləcək görüşü müzakirə etməyi planlaşdırıblar.

“ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında bir neçə dəfə nüvə müharibəsinin başlanmasının yolverilməz olduğunu vurğulayıb”- deyə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov liderlərin söhbətindən sonra bildirib.

Putinin köməkçisinin sözlərinə görə, Bayden, həmçinin, vurğulayıb ki, Rusiya və ABŞ həm Avropada, həm də dünyanın başqa yerlərində sülh və təhlükəsizliyin təmin edilməsi səylərində əsas rol oynaya bilər və oynamalıdır: “Bundan başqa, Bayden Putini əmin edib ki, Vaşinqton Ukraynada hücum xarakterli silahları yerləşdirmək niyyətində deyil. Prezident Bayden bunu açıq şəkildə bəyan etdi. Vladimir Putin qeyd edib ki, bununla bağlı daha da substantiv danışıqlar aparmaq istəyirik”.

Onun sözlərinə görə, ABŞ və Rusiya liderləri telefon danışığı zamanı təhlükəsizlik təminatlarından da danışıblar: “Bu söhbət bütünlüklə təhlükəsizlik təminatı məsələlərinə həsr olunub, ikitərəfli gündəliyin konkret məsələlərinə toxunulmayıb”.

Uşakov əlavə edib ki, Bayden Rusiyanın qaldırdığı məsələlərlə bağlı danışıqlar aparmaq üçün məsul nümayəndələr təyin etməyi təklif edib: “Bugünkü söhbət, sadəcə olaraq, eyni mövzunun davamı idi. Bayden yaxşı hazırlanmışdı və çox mənalı açıqlamalar verdi. Biz öz tərəfimizdən, həmçinin, qarşıdan gələn danışıqlara hansı əsas prinsiplərlə getdiyimizi müəyyən etdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Sonrakı məqalə

“Rusiya Ukraynanı işğal etsə, Qərb qəti cavab verəcək” –