Rusiya prezidenti Vladimir Putinin Kaxovka SES-in partlamasından sonra Xerson vilayətindəki fəlakət zonasına səfər etmək planı yoxdur.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Hesabatlar gəlməyə davam edir. Xilasedicilərimiz fədakarcasına çalışırlar”, – Peskov bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski isə bu gün Xerson vilayətinə səfər edib.
“Xersonda insanların su basmış ərazilərdən təxliyə edildiyi keçiddə oldum”, – Ukrayna lideri öz Teleqram kanalında yazıb. O, xilasedicilərə və könüllülərə təşəkkür edib, həmçinin bildirib ki, indi əsas vəzifə insanların həyatını qorumaq, onlara kömək etməkdir.
Azpost.info
