Putini hansı liderlər şəxsən təbrik etdilər?- Kreml AÇIQLADI

“Rusiyanın hazırkı prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev, Belarus lideri Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. Liderlər onu seçkilərdə qələbəsi münasibətilə təbrik ediblər”.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Putini Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan lideri Emomali Rahmon və Özbəkistanın rəhbəri Şavkat Mirziyoyev də şəxsən təbrik ediblər.

“Liderlər Vladimir Putini prezident seçkilərində inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik etdilər, xüsusən də onun daxili və xarici siyasət kursuna vətəndaşların geniş dəstəyini və səsvermə zamanı yüksək seçici fəallığını qeyd etdilər, hökumətin gələcək fəaliyyətində uğurlar arzuladılar”, – Kremldən bildirilib.

Azpost.info

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.