“Putinin əmri ilə istənilən yaşayış məntəqəsini almağa hazırıq”- KADIROV

“Çeçen hərbçiləri Ali Baş Komandan Vladimir Putinin əmri ilə istənilən yaşayış məntəqəsinə hücum etməyə hazırdırlar”.

Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri  Ramzan Kadırov deyib.

“Düşmənlər nə qədər təhdid etsələr də, Çeçenistan xüsusi təyinatlıları usanmayacaqlar. Onlar çoxəsrlik tarixi ərzində nəhəng Rusiyanın döyüşçülərinin qəlbinə qorxu toxumu səpmək üçün bir neçə dəfə cəhd ediblər. Lakin yalnız  qəzəbə tuş gəliblər. Bu qəzəb düşmənləri məkrli planları ilə birlikdə toz halına gətirir”, – Çeçenistan lideri bildirib.

Kadırov qeyd edib ki, Qərbin müasir cəmiyyətin dəyərləri kimi təqdim etdiyi şeylər yox olacaq.

Azpost.info

Əvvəlki məqalə

İdarəçiliyə vətəndaş nəzarəti –

Sonrakı məqalə

Bu gün Baydenlə Çin lideri arasında telefon danışığı olacaq