Putinin gəlir bəyannaməsi ictimaiyyətə açıq olmayacaq

“Rusiya prezidenti Vladimir Putin və onun administrasiyasının üzvləri 2022-ci il üçün gəlir bəyannamələrini təqdim ediblər”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, bu məlumatların dərci nəzərdə tutulmasa da, korrupsiyaya qarşı mübarizə bölməsi onları yoxlayacaq.

“Bütün bəyannamələr təqdim olunub. Bu gün son gündür və günün sonuna qədər hamısı təhvil veriləcək. Bu, müntəzəm olaraq həyata keçirilir. Prezident Administrasiyasının korrupsiyaya qarşı mübarizə şöbəsi onların hamısını yoxlayacaq”, – Peskov deyib.

Ötən  il Rusiya prezidenti gəlir bəyannaməsi təqdim etmiş, bu bəyannamə Kremlin saytında dərc olunmuşdu. Sənədə görə, Putin 10,2 milyon rubl qazanıb. Dövlət başçısının 77 kvadratmetrlik mənzili,  18 kvadratmetrlik qarajı, iki QAZ M21 avtomobili, bir Niva avtomobili və bir “Skif” qoşqusu var.

Bundan başqa, sənədə görə, Rusiya liderinin 153,7 kvadratmetrlik mənzili də var. Prezidentin bütün daşınmaz əmlakı Rusiyada yerləşir.

Azpost.info

Əvvəlki məqalə

Kriminal avtoritet Polşada 76 yaşlı “qanuni oğru”nu döyüb

Sonrakı məqalə

“Bayden Azərbaycanı “demokratiya sammiti”nə dəvət etmədi” –