Polşada 76 yaşlı “qanuni oğru” Vladimir Cibladze (Mamulo) döyülüb.
Azpost.info xəbər verir ki, “qanuni oğru”ya əl qaldıran kriminal avtoritet Tariel Oninani (Taro) olub.
Hadisə Tariel Oninani ilə başqa bir kriminal avtoritet arasında olan mübahisənin aydınlaşdırılması üçün toplantı təşkil edilən ərəfəyə təsadüf edib. Kriminal dünyada bu olay o qədər də xoş qarşılanmayıb.
64 yaşlı Tariel Oninani 1979-cu ildə “qanuni oğru” titulu alıb. 2008-ci ildə kriminal dünyanın əfsanəsi hesab edilən mərhum “qanuni oğru” Vyaçeslav İvankovun (Yaponçik) da iştirak etdiyi toplantıda bu tituldan məhrum edilib. Lakin Oninani qərarla razılaşmayıb.
Lakin qərar öz işini görüb. 2009-cu ildə Rusiyanın “Matrosskaya Tişina” həbsxanasında Tariel Oniani “qanuni oğru” kimi qəbul edilməyib. Yeri gəlmişkən, Tariel Onianinin Yaponçikin qətlinin sifarişçisi olması barədə iddialar var. Kriminal dünyada da bu hadisədə onu ittiham edirlər. Hazırda Tariel Oninaninin titulu mübahisələndirilir. Yəni, o, birmənalı olaraq tituldan mərhum edilmiş kriminalitet sayılmır.
Hüseyn
FOTO: Tariel Oninani (Taro)
FOTO: Vladimir Cibladze