Putinin Makronla danışmaq niyyətində deyil, Fransa nə deyir?- XİN-dən açıqlama

“Fransa və Rusiya liderləri Emmanuel Makron və Vladimir Putin arasında telefon danışığı hələ planlaşdırılmayıb”.

Azpost.info xəbər verir ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib .

Bununla belə, XİN rəhbəri bunun mümkün olduğunu deyib: “Belə bir söhbət hələ planlaşdırılmasa da, mümkündür. Çünki onlar əvvəllər danışıblar və bu, faydalı olub”.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Makronla telefon danışıqları aparmaq niyyətində olmadığını bildirmişdi. Peskov onu da qeyd etmişdi ki, Rusiya prezidenti fransalı həmkarına 45 illik yubileyi münasibətilə zəng etmək fikrində deyil.

Azpost.info

Əvvəlki məqalə

Prezident və birinci xanım Bakıda bərpa edilmiş Uşaq-Gənclər Mərkəzinə baxıb –

Sonrakı məqalə

“Tayvan probleminin güc yolu ilə həlli cavabsız qalmayacaq”