“Tayvan probleminin güc yolu ilə həlli cavabsız qalmayacaq”- NATO-nun keçmiş Baş katibi Çini hədələdi

“Qərb dövlətləri Çin hökumətinə Tayvan problemini güc yolu ilə həll etmək cəhdinə vahid cavab alacağını açıq şəkildə bildirməlidir”.

Azpost.info xəbər verir ki, “Reuters” bunu NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenə istinadən yazıb.

“Çinin Tayvanda status-kvonu güc yolu ilə dəyişdirmək cəhdi vahid reaksiya doğurmalıdır və biz bunu Çinə başa salmalıyıq. Çin qlobal təchizat zəncirlərindən Rusiyadan daha çox asılıdır”, – Tayvanda səfərdə olan Rasmussen deyib.

O hesab edir ki, Pekini gözləyən ciddi nəticələrin izahı çəkindirici vasitəyə çevriləcək.

Qeyd edək ki, Çin Rasmussenin Tayvana səfərinə etiraz edib. Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib ki, Tayvan məsələsi demokratiya və insan haqları ilə bağlı deyil, birbaşa Çinin ərazi bütövlüyü məsələsidir.

XİN rəsmisi bəyan edib ki, beynəlxalq arenada iki Çin və ya bir Çin və bir Tayvan yaratmaq cəhdi uğursuzluğa məhkumdur: “Dünyada yalnız bir Çin var və Tayvan onun ərazisinin ayrılmaz hissəsidir”.

Azpost.info

Əvvəlki məqalə

Putinin Makronla danışmaq niyyətində deyil, Fransa nə deyir?

Sonrakı məqalə

Minimum aylıq maaş 345 manat oldu –