Putinin portretini liftdə asdı, Rusiyada debatlar başladı –Çəkilişə 2 gündə iki milyon baxış olub (VİDEO)

Rusiyalı bir blogerin videosu 20 ildir hakimiyyətdə olan Rusiya prezidenti Vladimir Putinə ictimai dəstək və ona verilən səslərlə bağlı debatlara , habelin blogerin məşhurlaşmasına səbəb olub.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, müzakirələr bloger Bəşir Doxovun Youtube-a Rusiya liderinin böyük bir portretini Moskvadakı binaların birinin liftinin divarına yapışdırdığı videonu Youtube-a yerləşdirdikdən sonra başlayıb.

“Mən küncə kamera yerləşdirəcəyəm. Allah eləməsin, kimisə oğurlasın” -deyə Doxov Putinin portretini divara vurarkən bildirir.

Portreti çıxaran olmasa da, Rusiya liderini görənlərin reaksiyaları xoşagələn olmayıb. Liftə girən sakinlərin çoxu reaksiyasını söyüşlə verir. “Bu niyə burdadır?” – deyə, sakinlərdən biri soruşur. “Kabus!” deyən digər qadın isə portretin qarşısında baş əyir və rəfiqısi onun şəklini çəkərkən gülməyə başlayır.

“Bu, binamızda baş verə biləcək ən pis şeydir” – deə, başqa bir sakin bildirib.

Videoya 3 gündə 2 milyondan çox baxış olub.

Gözlənilən gülüşlərdən başqa, video Rusiyada uzun zamandır davam edən mübahisəni yenidən gündəmə gətirib: Vladimir Putin nə qədər populyardır?

Sorğuların nəticələrinə görə, Putin 20 illik hakimiyyətində ən çox Rusiya siyasətdə yeganə qüdrətli sima olub ki, bu da onun populyarlıq reytinqinı hər bir Qərb siyasətçisinin həsəd aparacağı dərəcədə yüksəldib.

Dövlət seçki dairələri Rusiya liderinə dəstəyin təxminən 73 faiz olduğunu, Levada Mərkəzi kimi müstəqil Rusiya seçiciləri bunun bir az aşağı – 68 faiz olduğunu deyir.

Putinin populyarlığı 2014-cü ildə, Rusiyanın Krımı qonşu Ukraynadan ilhaq etdiyi zaman artaraq, 86 faizə yüksəlmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

12 yaşlı Ayşəyə təcavüz edənlər dar ağacından asıldı

Sonrakı məqalə

Çindən gələn daha bir azərbaycanlı Kliniki Mərkəzə yerləşdirilib