“Putinin qalib gəlməsinə imkan vermək olmaz”- Almaniya kansleri

“Güc hər şeyi etmək haqqı verə bilməz”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Putin sərhədləri zorla dəyişmək istəyir. Beləliklə, o, Avropada bütün dünya nizamını təhdid edir. Onun indi nə işlə məşğul olduğu çox əvvəl elan edilmişdi. Putin çıxışlarında Belarus və Ukraynanın müstəqil dövlətlər olmadığını, Rusiyaya məxsus olduğunu müdafiə edib. Hamımız bunu sözün əsl mənasında qəbul etməliydik”, – Şolts deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynada imperialist müharibəsi aparır və onun qalib gəlməsinə imkan vermək olmaz.

Eyni zamanda, Şolts qeyd edib ki, bu məsələdə ağıllı davranmaq vacibdir: “Buna görə də mən Ukraynaya olan güclü dəstəyimi Rusiya ilə NATO arasında müharibənin artmasının qarşısını alan siyasətlə birləşdirirəm”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda istilik mövsümü başa çatır

Sonrakı məqalə

Quru Qoşunlarında birinci rübün yekunlarına dair iclas keçirilib