Rusiya bu il Münhen Təhlükəsizlik Konfransına dəvət edilməyib.
Azpost.info xəbər verir ki, bu barədə konfransın sədri Kristof Hoysgen bildirib.
Hoysgen bunu təhlükəsizlik məsələləri üzrə nüfuzlu beynəlxalq tədbirdə Rusiya prezidenti Vladimir Putinin təbliğatına platforma vermək istəməməsi ilə izah edib.
“Kremldən hər gün eşitdiyimiz bəyanatlar göstərir ki, Rusiya Putinin müharibənin məqsədi ilə bağlı elan etdiyi mövqedən – Ukraynanı məhv etməkdən zərrə qədər geri çəkilməyəcək. Belə olan halda Putinin təbliğatına platforma vermək istəmirik. Hökumət rəsmilərini əvəz etmək üçün Rusiyadan vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri, o cümlədən şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov və Mixail Xodorkovski dəvət olunub”, – Hoysgen əlavə edib.
Qeyd edək ki, konfrans fevralın 17-18-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
Azpost.info
