Azərbaycan və İsrail müdafiə nazirləri telefonla danışdı –Hərbi əməkdaşlıq müzakirə edildi

Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Yoav Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

General-polkovnik Zakir Həsənov Yoav Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Əvvəlki məqalə

Bu əlamətlər varsa, təcili qan şəkərinizi yoxladın! 

Sonrakı məqalə

“Putinin təbliğatına tribuna vermək istəmirik”