“Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskinin görüşü üçün zəmin yaratmaq lazımdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində deyib.
“Görüş xatirinə görüş heç kimə lazım deyil. Belə bir görüşün baş tutması və belə bir ideyanın gündəmdə olması üçün iş görülməli və ən yüksək səviyyədə təsbit edilə bilən sazişlərin təməli qoyulmalıdır. Hələlik bu haqda heç bir söhbət yoxdur”, – Peskov bildirib.
Azpost.info