“Putinlə apardığım danışıqlar həyatımın ən dəhşətli gecəsi idi”-Poroşenko

“2015-ci ildə “Normand dördlüyü” liderlərinin görüşü zamanı Rusiya Prezidenti Vladimir Putinlə apardığım danışıqlar həyatımın ən dəhşətli gecəsi idi”.

Bu barədə Ukraynanın sabiq Prezidenti Petro Poroşenko “Ukrainskaya pravda” qəzetində yayımlanmış məqaləsində bildirib. Onun sözlərinə görə, Minsk sammitində gələcək razılaşmaları müzakirə etmək üçün Rusiya Prezidenti ilə 19 saatlıq yorucu marafondan keçməli olub.

Sabiq Prezident Rusiya liderini soyuq və qəddar danışıq aparan biri kimi xarakterizə edib. “Bu mənim həyatımda ən dəhşətli gecələrdən biri idi”, – deyə P. Poroşenko qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çindən təxliyə edilən Azərbaycan vətəndaşları karantindədirlər –

Sonrakı məqalə

Koronavirusla mübarizə üçün Azərbaycandan Çinə növbəti yardım göndərilib