Qəbələ rayonunun sabiq başçısı Abdulla Billayev vəfat edib

09 Dekabr 2020 - 17:34

Sovet vaxtında Azərbaycan SSR Qəbələ Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Abdulla Billayev vəfat edib.

Azpost.info bildirir ki, bu barədə Azərbaycan Kommunist Partiyası məlumat yayıb.

A.Billayev 89 yaşında yaşadığı Balakən rayonunun Katex kəndində dünyasnı dəyişib.

A.M.Billayev müxtəlif dövrlərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışıb.

1975-ci il iyunun 15-də Qutqaşendən (Qəbələdən) Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Allah rəhmət eləsin!