Qəbələ və İsmayıllıya avtobus reysləri təxirə salınıb

Ölkə ərazisində davam edən qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir.

AYNA-dan bildirilib ki, yanvarın 14-ü günün ilk yarısında 90-dan çox reys həyata keçirilib, 2100 sərnişin paytaxtdan regionlara yola salınıb.

Yollardakı vəziyyətlə bağlı yalnız Qəbələ və İsmayıllı reysləri təxirə salınıb.

Gün ərzində hərəkət cədvəlinə uyğun digər müntəzəm reyslərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.

Əvvəlki məqalə

22 nəfər travma səbəbi ilə müraciət edib –

Sonrakı məqalə

Naxçıvanın fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib