Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qəbələdə yaradıcılıq həvəskarları üçün beşinci təlim keçirilib

User 21 İyul 2025 - 14:36 (Last updated: 28 Sentyabr 2025 - 22:39)
te01

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi çərçivəsində növbəti 5-ci təlimini keçirib.

12 iyul 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində baş tutan təlimdə 14 nəfər gənc iştirak edib.

Tədbiri təşkilat rəhbəri Rəna Mahmudova açaraq, layihənin məqsədləri, əhəmiyyəti və donor barədə iştirakçılara məlumat verib. O, çıxışında təlimlərin gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynayacağını vurğulayıb:

“Əminəm ki, qarşıdakı təlimlərimiz də yüksək səviyyədə təşkil olunacaq və biz əsas məqsədimizə – gənclərin yaradıcılıq sahəsində uğurlar qazanmasına – nail olacağıq. Hər birinizə uğurlar arzulayıram. İnanıram ki, bu təlimlər sizin yaradıcılığınıza güclü təkan verəcək və nəticədə yeni-yeni zövq oxşayan, dəyərli əsərlər ərsəyə gələcək.”

Təlimçi Fəxrəddin Babayev bildirib ki, əvvəlki dərsin sonunda iştirakçılara tapşırıq verilmişdi – hər kəs öz istədiyi janrda bir yazı hazırlayıb təqdim etməli idi. Çünki bu günkü mövzu hekayə, oçerk, qəzəl və roman janrlarını əhatə edirdi.

İştirakçılardan bir çoxu şeir və qəzəl janrında yazdıqlarını qeyd ediblər. Ən gənc iştirakçı isə hekayə janrına müraciət etdiyini bildirib və yazdığı hekayəni təlimçiyə təqdim edib.

Müəllif öz hekayəsi barədə qısa məlumat verdikdən sonra mətnini iştirakçılar qarşısında səsləndirib. Daha sonra təlimçi müvafiq janrlar üzrə nəzəri bilgiləri geniş şəkildə izah edib, iştirakçıların suallarını cavablandırıb.

Təlimin sonunda iştirakçılar üçün çay və kofe süfrəsi təşkil olunub. Çay süfrəsi ətrafında iştirakçılar öz yazdıqları şeirləri qiraət ediblər. Təlimçi onların çıxışlarını dinlədikdən sonra məmnunluğunu ifadə edib və yaradıcılıqla bağlı faydalı tövsiyələr verib.

AzPost.az

Post navigation

Previous: Bu dövlətin başçısı 9 milyard dollar maaş alır –
Next: DTX “Abu Malik” kod adı olan şəxsi saxlayıb

Oxşar xəbərlər

top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.