Rusiya Xarici İşlər Nazirliyi avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib.
APA bildirir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova “Rossiya 1” telekanalına açıqlamasında bildirib.
O, deyib ki, Qərb ölkələri rəsmi Moskvanı məcbur edir ki, qanunsuz aksiyalarda iştirakına görə, Almaniya, İsveç və Polşa diplomatlarını Rusiyadan çıxarsın.
Söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.
“Təəssüf ki, biz sadəcə məcburiyyətində qaldığımız tədbirləri görməli oluruq”