“Qərb Ukraynaya ordu göndərməyin bir addımlığındadır” –Baş nazir Orbandan xəbərdarlıq

Qərb Ukraynaya ordu göndərməyin bir addımlığındadır”.

Azpost.info bildirir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban təmsil etdiyi Fides partiyasının iclasında deyib.

“Bu gün Brüsseldə müharibə tərəfdarı olan çoxluq var. Avropa müharibəyə köklənib, siyasətdə isə müharibə məntiqi hökm sürür. Mən hər kəsin və hər tərəfin müharibəyə hazırlaşdığını görürəm. NATO-nun baş katibi Ukraynanın NATO -da missiyasını yaratmaq istəyir. Avropa liderləri artıq müharibəyə cəlb olunublar. Mən onlarla danışıram, onları eşidirəm, onlar müharibəni öz müharibəsi kimi görür və öz müharibələri kimi aparırlar”-deyə Orban vurğulayıb.

Orbanın sözlərinə görə, Qərb Ukraynaya pul və silah göndərir, lakin vəziyyət yaxşılaşmır. Ona görə də böyük ehtimalla Rusiyanın işğalından müdafiə üçün Qərb qoşunlarının göndərilməsi variantı var: “Biz Qərbin Ukraynaya qoşun göndərməsinin bir addımlığındayıq”.

O əlavə edib ki, Macarıstanın yenidən böyük dövlətlərin oyuncağına çevrilməsini istəmir və buna görə də sülh tərəfdarıdır. “Rusiya-Ukrayna müharibəsində heç kimin tərəfinə keçməyəcəyik”.

Azpost.info

Əvvəlki məqalə

Martın 17-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Sonrakı məqalə

Minsk Qrupunun ilk rusiyalı həmsədri Vladimir Kazimirov ölüb