“Qərbin verdiyi pul Rusiyadan gələn pulun 1 faizidir” –Ermənistanın keçmiş baş naziri

“Qərbin Ermənistana verdiyi pul Rusiyadan gələn pulların 1 faizini təşkil edir”.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan öz Facebook səhifəsində ABŞ və Avropa Birliyinin Ermənistana maliyyə dəstəyini şərh edərkən yazıb.

“Dünən Paşinyanın Brüsseldə uğur qazandığını böyük sevinclə öyrəndim. Təkcə 2024-cü ildə biz Aİ-dən 67,5 milyon avro (270-i 4-ə bölüb), ABŞ-dan daha 65 milyon dollar və Qarabağ erməniləri üçün 7 milyon dollar alacağıq. Qərbin verdiyi Rusiyadan gələnlərin 1 faizini təşkil edir. Bu, yaxşıdır, bəlkə də belə olmaya bilərdi. Çox sağ ol. Bəs ruslardan nə istəyirsiniz?”-deyə Baqratyan vurğulayıb.

Onun sözlərinə görə, 2024-cü ildə Rusiyadan vəsait axını 14 milyard dollar təşkil edəcək. Bunun 5 milyard dollar transfer, 8 milyard dollar ixrac və 1 milyard dollar yanacaq subsidiyalarıdır. “Qərbin verdiyi Rusiyadan gələnlərin 1 faizini təşkil edir”, -deyə sabiq baş nazir qeyd edib.

Əvvəlki məqalə

Bu nazirliyin əməkdaşlarının maaşına əlavələr olacaq

Sonrakı məqalə

İranın Dəməşqdəki konsulluğu fəaliyyətini bərpa edib