“Qəzaya uğramış helikopterin axtarışı çox çətinləşib” –İranın səhiyyə naziri

“Bütün xilasetmə qüvvələri axtarışlarla məşğuldur. Ərazi çox dumanlıdır, bu səbəbdən axtarış imkanları çox çətinləşib”.

Azpost.info bildirir ki, bu sözləri İRNA-ya İranın səhiyyə naziri bildirib. O deyib ki, İran prezidentinin qəzaya uğradığı Sonqun ərazisindədirlər.

“Helikopter aşkar edildikdən sonra tibbi prosedurların aparılması üçün bütün tibb müəssisələri, təcili yardım avtobusu, cərrahlar və həkimlər hadisə yerinə yerləşdirilib”-deyə nazir vurğulayıb.

Qeyd edək ki, İran prezidentinin olduğu helikopter qəzaya uğrayıb.

Əvvəlki məqalə

Yevlaxda 60 yaşlı ər 40 yaşlı arvadını öldürüb, sonra özünü bıçaqlayıb

Sonrakı məqalə

“Qəzadan sonra Rəisi və xarici işlər nazirinin həyatı risk altındadır” –