“Qəzza zolağında dərhal atəşkəs olmalıdır”- ABŞ-ın vitse-prezidenti

“Qəzza zolağında dərhal atəşkəs olmalıdır”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib.

“Qəzzada əzabların böyük miqyasını nəzərə alaraq, ən azı növbəti altı həftə ərzində dərhal atəşkəsə ehtiyac var. Bu, hazırda müzakirə olunur”, – Harris bildirib.

Vitse-prezident qəzzalıların aclıqdan əziyyət çəkdiyini, qeyri-insani şəraitdə yaşadıqlarını deyib və İsrail hökumətini bölgəyə humanitar yardım axınını əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.