Humanitar qanunlara hörmət edilməlidir, xüsusən də Qəzzada humanitar dəhlizləri təmin etmək və bütün əhaliyə təcili yardım göstərmək vacib və zəruridir.
Bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.
İsraildə və Fələstində baş verənləri böyük ağrı ilə izləməyə davam etdiyini bildirən Papa Fransisk girovların azad olunması ilə bağlı çağırışını yeniləyib.
“Hər kəsi, xüsusən də uşaqları və yaşlıları düşünürəm. Uşaqlar, xəstələr, qocalar, qadınlar və bütün mülki şəxslər münaqişənin qurbanı olmamalıdır. Bir çox qardaş–bacımız həlak oldu. Nə müqəddəs torpaqda, nə Ukraynada, nə də başqa yerdə daha çox günahsız qan tökülməsin. Çünki müharibələr həmişə məğlubiyyətdir”, – deyə Roma Papası qeyd edib.
Pontifik möminləri oktyabrın 17-də Yaxın Şərqdə sülh üçün dua etməyə və oruc tutmağa çağırıb.