Qəhvə mədə xərçənginə səbəb ola bilərmi?- Mütəxəssislər nə deyir?

Bütün dünyada sevilən içkilərdən olan qəhvənin insan orqanizminə təsiri ilə bağlı çoxlu araşdırmalar var. İndiyədək aparılan bir çox araşdırmalar bu içkinin bir çox qiymətli xüsusiyyətlərə malik olduğunu sübut edib. Məsələn, bəlli olub ki, qəhvə depressiya, stress və diabet riskini azaldır, qan dövranını yaxşılaşdırır, yağların yandırılmasını təşviq edir. Stimullaşdırıcı təsiri, unikal dadı və ətri də onu dünyada ən məşhur içkilərdən birinə çevirir.

Bununla belə, qəhvənin “ikinci üzünün” olduğunu iddia edənlər də var. Belə ki, ABŞ sakinlərindən ibarət bir qrup qəhvənin mədə xərçənginə səbəb ola biləcəyi ehtimalını irəli sürüb. Lakin yerli tədqiqatçılar hələ yekun rəyə gəlmədiklərindən bu istiqamətdə işlərini davam etdirirlər.

Polşalı tədqiqatçı, professor Eva Staxovskaya sosial şəbəkələrdə bu barədə öz fikirlərini paylaşıb: “Bəlkə bu ölkə (ABŞ) üçün çox xarakterik olan qəhvə və yarımfabrikatların keyfiyyəti ilə bağlıdır? Neçə dəfə eşitmişəm deyiblər ki, bu qədər qəhvə içməyin, əks halda mədə xorası olacaq. Və xoralar xərçəngdən uzaq deyil!”.

Ümumilikdə isə tədqiqatçılar deyirlər ki, qəhvə içməkdən qorxmağa ehtiyac yoxdur. Mütəxəssislər qəhvənin mədə xərçənginin inkişaf riskini artırmadığını bildirirlər. Təbii ki, qəhvəni orta ölçüdə içmək lazımdır. Əks halda, həzm sisteminin normal fəaliyyətini poza bilər.

Rəsmi təlimatlarda deyilir ki, yetkin, sağlam bir insan gündə təxminən 400 mq qəhvə içə bilər ki, bu da dörd fincana bərabərdir. Qəhvə bir neçə saatlıq fasilələrlə istehlak edilməlidir.

Azpost.info

 

Əvvəlki məqalə

“Xankəndinə “Azərsun”dan ərzaq yüklənmiş yardım karvanı göndərək” –

Sonrakı məqalə

Şəkidə 42 yaşlı kişi özünü tüfənglə vuraraq öldürüb