“Xankəndinə “Azərsun”dan ərzaq yüklənmiş yardım karvanı göndərək” –SİYASƏTÇİDƏN TƏKLİF

“Ermənilərin Laçın yolu ilə bağlı yalanını ifşa etmək üçün Azərbaycanda fəaliyyət göstərən humanitar məsələlər üzrə QHT-lər vasitəsi ilə Xankəndinə bir neçə maşın ərzaq yardımı göndərək”.
Azpost.info bildirir ki, belə bir təkliflə REAL partiyasının funksioneri Natiq Cəfərli çıxış edib.
Onun sözlərinə görə, “Azərsun”-nun malları ilə dolu maşın karvanı Xankəndinə gedərək yerli icma nümayəndələrindən olan QHT-lərlə görüşüb yükü onlara təhvil versinlər: “Rusiya “sülhməramlıları” bu işdə yardım etməsələr bölgədə fəaliyyət göstərən “Qırmızı Xaç” komitəsi vasitəsi ilə bu işi görmək olar. Bütün proses keyfiyyətli şəkildə video-foto görüntülərin qeyd edilməsi ilə aparılmalı, sonra bir neçə dildə reportajlar hazırlanıb dünya mediasına göndərilməlidir”.
N.Cəfərlinin fikrincə, bu gün “Azərsunun” mallarını humanitar yardım kimi alan Xankəndi dükanları, sabah bu şirkətlə işləyib mallarını da satacaq: “Başqa yolları yoxdur, deməli indidən bu yolu açmaq lazımdır.
Əgər Vardanyan və onun quldurları ərzaq dolu maşınları qəbul etməyəcəksə elə bu haqda da geniş, bir neçə dildə, dünyanın anlayacağı üslubda reportajlar çəkib yayamaq olar”.
Əvvəlki məqalə

Daha 120 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Sonrakı məqalə

Qəhvə mədə xərçənginə səbəb ola bilərmi?