“Qərb Rusiyaya qarşı təcavüz edərsə, Belarus müharibəyə daxil olacaq” –Lukaşenko

“Qərb ölkələri Rusiyaya qarşı təcavüz edərsə, Belarus müharibəyə daxil olacaq”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya mətbuatına müsahibəsində deyib.

“Əgər kimsə Belarusdan və ya Belarusun yaxınlığından, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nəzarəti altında olan bölgədən keçərək Rusiyaya hərbi təcavüz edərsə, o zaman 60 minlik ordumuz müharibəyə girəcək”, -deyə Aleksandr Lukaşenko bildirib.

Aleksandr Lukaşenko Qərbdən Belarusa qarşı müdaxilə olacağı təqdirdə Rusiyanın da eyni addım atacağına inandığını deyib: “Qəfildən qərb istiqamətindən, şimaldan və ya cənubdan hücum olsa, biz dərhal Rusiyanı müdafiə edəcəyik”.

Aleksandr Lukaşenko Rusiya ilə sərhəd istisna olmaqla, bütün istiqamətlərdə ölkənin sərhədlərinin mühafizəsinin gücləndirldiyini vurğulayıb: “Başa düşürəm ki, onlar bizi qıcıqlandırmağa çalışırdılar. Mən bunu ciddi qəbul etdim – Belarus sərhədlərində müxtəlif növ təlimlər keçirdik. Buna görə də Belarus ordusunun yarısını səfərbər etdim. Biz hətta Ukrayna ilə də sərhədlərimizin mühafizəsini gücləndirdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi evlər verilib

Sonrakı məqalə

Azərbaycanda son sutkada 175 nəfər COVID-19-a yoluxub-