“Qərb Ukraynaya maliyyə yardımını və silah dəstəyini davam etdirəcək”- ŞOLTS

“Rusiya prezidenti Vladimir Putin Qərbin Ukraynaya dəstəkdə nümayiş etdirdiyi birliyi lazımınca dəyərləndirə bilmədi”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Putin Avropanın, ABŞ-ın və Ukraynanın bütün dostlarının birliyini, eləcə də Kiyevi mütəmadi olaraq silahla təmin edəcəyimizi düzgün qiymətləndirmədi. Bunun sayəsində ukraynalılar öz ölkələrini müdafiə edə biliblər və bundan sonra da edə biləcəklər. Qərb ölkələri Ukraynaya maliyyə və humanitar yardımı, eləcə də silah dəstəyini davam etdirəcək”, – kansler bildirib.

Azpost.info

Əvvəlki məqalə

Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir

Sonrakı məqalə

Dünya birjalarında neft qiymətləri: