“Qərbin Rusiya xalqına qarşı başlatdığı hibrid müharibə tam sürətlə davam edir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Almaniya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin Krım körpüsünə hücumla bağlı söhbətinin audioyazısını belə şərh edib.
Zaxarova həmçinin səs yazısının stenoqramından bir fraqment təqdim edib.
Qeyd edək ki, RT-nin baş redaktoru Marqarita Simonyan yüksək rütbəli alman zabitlərinin Krım körpüsünü necə bombalamağı müzakirə etdiyi audioyazı aldığını bildirib. Onun sözlərinə görə, körpüyə hücumla yanaşı, alman ordusu ABŞ və Britaniyadan olan həmkarlarını da xatırladır və onların uzun müddətdir münaqişədə birbaşa iştirak etdiyini müzakirə edir.
Azpost.info