“Qəzzadakı xəstəxanada maksimum 50 nəfər həlak olub”- Qərb kəşfiyyatı

“Qəzzada Əl-Əhli xəstəxanası yaxınlığında baş verən partlayışda HƏMAS-ın iddia etdiyi kimi 500-ə yaxın deyil, maksimum 50 nəfər həlak olub”.

Azpost.info xəbər verir ki, bu barədə AFP-yə Avropa ölkələrindən birində yüksək vəzifə tutan anonim kəşfiyyat mənbəsi bildirib.

ABŞ kəşfiyyatı daha əvvəl xəstəxanada baş verən partlayışda ən çox onlarla insanın öldüyünü bildirmişdi.

“Mən demək istəmirəm ki, bu faciə deyil, lakin bu, HƏMAS tərəfindən daha bir əhəmiyyətli şişirtmə və açıq yalan faktıdır. Partlayışa görə İsrail deyil, fələstinlilər məsuliyyət daşıyır”, – ABŞ Hərbi Hava Qüvvələrinin zabiti “Newsweek”ə deyib.

“İsrail ordusu da HƏMAS-ın ölənlərin sayı ilə bağlı məlumatlarının etibarlılığına şübhə ilə yanaşır. Ordunun mətbuat üzrə rəsmisi Conatan Konrikus açıq şəkildə sual verdi: “Bütün bu cəsədlər haradadır?”, – “The Times of Israel” yazır.

Xəstəxananın həyətində partlayış oktyabrın 17-də axşam saatlarında olub. Fələstin Səhiyyə Nazirliyi hadisə zamanı əksəriyyəti qadın və uşaq olmaqla 471 nəfərin öldüyünü bildirib.

HƏMAS hücumda İsraili günahlandırıb.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.