Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb

22 Avqust 2020 - 11:08

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər, o cümlədən, ali təhsil müəssisələrinə XQTİ-yə qəbul olmaq istəyən subbakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı başa çatıb.