Moskvada Kiyev şosesində yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan qadın divara bərkidilmiş kondisionerdən asılı vəziyyətdə qalıb.
RİA Novosti-i xəbər verir ki, bu barədə Moskva Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti məlumat yayaıb.
Bildirilib ki, yanğınsöndürmə və xilasetmə dəstəsinin əməkdaşları tərəfindən qadın xilas edilərək xəstəxanaya yerləşdirilib.