İspaniya Baş nazirinin həyat yoldaşı koronavirusa yoluxub

İspaniya Baş Naziri Pedro Sançesin həyat yoldaşı Begonia Qomez koronavirusa yoluxub.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Monkloa sarayında baş nazirə yaxın insanların qanı təhlil edilib: “Təhlillərin nəticəsində Baş nazirin həyat yoldaşı Begony Qomezin koronavirusa yoluxduğu aşkarlandı”.

Qeyd olunur ki, hazırda həm Qomez, həm də Baş nazirin vəziyyəti yaxşıdır. Onlar sarayda tibb işçilərinin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qadın 9-cu mərtəbədən yıxıldı, kondisioner həyatını xilas etdi –

Sonrakı məqalə

İranın Ekspertlər Şurasının üzvü Ayətullah Qolpayqani koronavirusa yoluxub –