Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal
  • ÖZƏL

Qadın üç nəfəri göbələklə zəhərləyib öldürməkdə təqsirli bilinib

Orkhan Ali 07 İyul 2025 - 16:42 (Last updated: 07 İyul 2025 - 11:45)
Göbələk

Göbələk

Avstraliyanın Viktoriya ştatında baş vermiş səs-küylü zəhərlənmə işi ilə bağlı məhkəmə yekunlaşıb. Ekspertlər 50 yaşlı Erin Pattersonu ərinin üç qohumunu zəhərli göbələklərlə bişirdiyi yeməklə öldürməkdə və dördüncü şəxsi öldürməyə cəhddə təqsirli bilib.

AzPost xəbər verir ki, hadisə 2023-cü ilin iyul ayında Gippsland bölgəsindəki Leongatha şəhərində baş verib. Erin Patterson keçmiş ərinin valideynləri Don və Gail Pattersonu, habelə xalası Heather Wilkinsonu nahara dəvət edib. Yeməkdə zəhərli milçək mantarı göbələklərindən hazırlanan mal əti pastası verilib. Qurbanlardan ikisi avqustun dördündə, biri isə bir gün sonra dünyasını dəyişib. Dördüncü zərərçəkən – Heatherin həyat yoldaşı İan Wilkinson – xəstəxanada uzun müalicədən sonra sağ qalıb.

Məhkəmə zamanı məlum olub ki, Patterson dörd qonağı “xərçəng xəstəliyi” bəhanəsi ilə evinə dəvət edib. Lakin məhkəmə sübut edib ki, ona heç vaxt belə diaqnoz qoyulmayıb. Qadının keçmiş əri dəvət edilmiş, lakin iştirak etməmişdi.

Təqsirləndirilən şəxs hadisəni “dəhşətli qəza” adlandıraraq, niyyətinin zərər vermək olmadığını bildirib. Müdafiə tərəfi onun yeməkdən sonra panikaya düşdüyünü, polisin suallarına isə yalan cavab verdiyini etiraf edib. Lakin bu arqumentlər münsiflər heyətini inandıra bilməyib.

Məhkəmədə 50-dən çox şahidin ifadəsi dinlənilib. Hakim andlı iclasçılara medianın təsirindən uzaq qalmağı və yalnız sübutlara əsaslanmağı tapşırıb. Nəticədə yeddi kişi və beş qadından ibarət münsiflər heyəti Erin Pattersonu bütün ittihamlar üzrə yekdilliklə təqsirli hesab edib.

AzPost.az

Post navigation

Previous: Texasda dəhşətli daşqın: Ölənlərin sayı səksəni keçdi, 10 uşaq hələ də itkindir
Next: Pezeşkian ona qarşı sui-qəsd cəhdi olduğunu açıqlayıb

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.