“Qafqaza sülh yalnız Qarabağ azad edildikdən sonra gələcək” –

Ərdoğanın sözçüsü Paşinyana cavab verdi
21 Oktyabr 2020 - 19:33

Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.

O bildirib ki, kimin müharibə istədiyi aydındır: “Bu, Türkiyənin və Azərbaycanın haqlılığını bir daha təsdiqlədi: Cənubi Qafqaza sülh və sabitlik yalnız Qarabağ azad edildikdən sonra gələcək”.