“Qərb “siqnalı” eşitmədi və biz daha sərt cavab verməli olduq”- MEDVEDEV

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2008-ci il avqustun 8-də Cənubi Osetiya ilə Gürcüstan arasında baş vermiş silahlı münaqişəni şərh edib.

Azpost.info xəbər verir ki, Medvedev həmin illərin hadisələrini və Ukraynada 2014-cü ildən bu günə kimi davam edən hərbi münaqişəni “eyni zəncirin halqaları” adlandırıb.

Medvedev hadisələrin nəticəsinin Rusiyaya qarşı yönəlmiş ümumi plan olduğunu deyib: “Bu plan Qərbin, ilk növbədə ABŞ və digər Anqlosakson ölkələrinin Rusiyadanı sarsıtmaq istəyidir. Amerikalılar gürcü silahlı qüvvələrinin təlimi ilə məşğul olurdular və bu prosesə çoxlu pul yatırırdılar. Gürcü ordusunu səfərbər etmək üçün oraya çoxlu sayda təlimatçı göndərildi. Onları silahlarla yüklədilər. Əslində, onlar çılğın Saakaşvilini Cənubi Osetiyanın mülki əhalisinə və Rusiya sülhməramlılarına qarşı aqressiyaya başlamağa sövq edirdilər. Orada yetişmiş ən mürəkkəb millətlərarası münaqişənin sülh yolu ilə həllini axtarmağa inandırmaq əvəzinə, belə etdilər”.

Medvedev qeyd edib ki, 2008-ci ilin avqustunda Gürcüstanı sülhə məcbur etmək üçün atılan addım vətəndaşları qorumağa hesablanmışdı, həm də ABŞ-a bir siqnal idi. “Bu, ABŞ və NATO-ya Rusiyanın narahatlıqlarını dinləmələri üçün bir siqnal idi. Qafqazda vəziyyət dəyişdi. Amma ABŞ və NATO eşitmədi və anlamadı. Məhəl qoymadılar, son dərəcə təhlükəli kurslarını davam etdirdilər. 2022-ci ildə biz daha sərt cavab verməli olduq”.

Azpost.info

 

Əvvəlki məqalə

Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Sonrakı məqalə

Ukrayna hərbi rəhbərlərinə sui-qəsd planlaşdıran killerlər saxlanılıb